İyul ayı hər bürc üçün özünə dönüş, daxili səsə qulaq asmaq və köhnə məsələləri təkrar gözdən keçirmək ayıdır. Heç nəyə tələsmə - sakit və planlı şəkildə hərəkət et.
Qoç:
İyulun ikinci yarısından etibarən əyləncə və yaradıcılıq dövrün başlayır. Köhnə layihələri yenidən gözdən keçir, avqusta qədər təkmilləşdir. Eyni zamanda, gündəlik iş rejimini nizamlamaq üçün gözəl fürsətdir.
Buğa:
Səni 7 ildir dəyişdirən Uranus bürcündən çıxır - artıq sabitlik dövrün başlayır. Ayın əvvəlində özünü mükafatlandır, sonra isə maliyyə və qazanc mövzusunda yeni fürsətlərə açıq ol.
Əkizlər:
Uranus bürcünə keçir - sürprizlər, dəyişikliklər və yeni ideyalarla dolu bir ay olacaq. Həyatına yeni biri və ya fərqli bir baxış tərzi daxil ola bilər. Hisslərinə qulaq as, amma tələsmə.
Xərçəng:
Bir il davam edəcək şans dövrün başladı. İndi böyümək, irəli getmək və istədiklərini reallaşdırmaq zamanıdır. İyulun 10-da münasibətlərlə bağlı bir dönüş nöqtəsi ola bilər - səmimi ol.
Şir:
Ayın əvvəlində fikir və sözlərinə çox diqqət yetiriləcək. Amma 18-dən sonra retro başlayır - dediklərini gözdən keçirməyə ehtiyac var. Ayın sonunda yenidən başlamaq üçün güclü fürsət gəlir.
Qız:
Bütün ay boyunca enerjin yüksəkdir, işlərə fokuslana bilirsən. Lakin 18-dən sonra bəzi köhnə məsələlər gündəmə gələ bilər. Özünü dinlə və daxili məsələlərlə məşğul ol.
Tərəzi:
Ayın əvvəlində özünü gəzinti və yeniliklərə açıq hiss edəcəksən. Ayın ortasında isə dostluqlar və planlarla bağlı dəyişikliklər yaşana bilər. Kimlə yol gedəcəyini aydınlaşdırırsan.
Əqrəb:
İyul sənin üçün iş və karyera baxımından önəmlidir. Ətrafındakı insanlar səni izləyir - səhvlərini düzəltmək və daha möhkəm görünmək vaxtıdır. Ayın sonuna doğru isə güclü bir yeni başlanğıc olur.
Oxatan:
İyulun əvvəlindən etibarən sakitcə böyük işlərə zəmin yaradılır. Ancaq 18-dən sonra səyahət, təhsil və hüquqi məsələlərdə diqqətli ol. Ayın sonunda özünü daha güclü və irəliyə baxan hiss edəcəksən.
Oğlaq:
Bu ay əsas mövzu ailə, ev və özünü harada güvənli hiss etdiyindir. Ayın 10-da çox gözəl şeylər olacaq. Dəyişiklik etmə vaxtı gəlib - daxildən möhkəmlənirsən.
Dolça:
Ayın əvvəlində gündəlik həyatına nizam gəlir. Sonra diqqət münasibətlərə yönəlir. Keçmişdən biri yenidən ortaya çıxa bilər. Hisslərini təhlil et, amma qərar verməyə tələsmə.
Balıqlar:
Yaradıcı və romantik tərəfin canlanır. Özünü daha cəlbedici hiss edəcəksən. Ayın ikinci yarısında iş rejiminə və sağlamlığına daha ciddi yanaşmaq lazım olacaq. Zamanını düzgün böl.( milli.az)