kriminal.az
Fələstinə dəstək aksiyalarında yüzlərlə adam saxlanılıb

Polis əməkdaşları Londonda Fələstinə dəstək aksiyalarında iştirak edən 465-dən çox insanı həbs edib.

Kriminal.az ” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, həbslər antiterror qanunvericiliyi ilə bağlıdır. Hüquq-mühafizə orqanları tədbirdə mitinqin yatırılması üçün xeyli resurslardan istifadə olunduğunu qeyd ediblər.

Eyni zamanda, polis Fələstin hərəkatına dəstək ifadə edən hər kəsi həbs etməyə hazır olduğunu bildirib.

Top
0.067203044891357