ABŞ-də 60 yaşlı kişi ChatGPT neyron şəbəkəsinin məsləhəti ilə duzu natrium bromidlə əvəz etmək qərarına gəlib və bu səbəbdən psixiatrik xəstəxanaya yerləşdirilib.
“Kriminal.az ” xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin həkimlərinin ACP Journals portalında dərc olunmuş araşdırmasında deyilir.
Həkimlərin sözlərinə görə, təqaüdçü duzu pəhrizindən çıxarmaq qərarına gəlib və buna görə də kömək üçün süni intellektə müraciət edib.
Süni intellekt kişiyə ədviyyatı dəyişdirmək üçün bir neçə variantı tövsiyə edib, onlardan biri zəhərli natrium bromidi əlavə etmək olub. Araşdırmaya görə, kişi üç ay ərzində bu pəhrizə riayət edib.
Mütəxəssislər qeyd ediblər ki, amerikalı tezliklə halüsinasiyalar görməyə başlayıb və o, paranoyya və oriyentasiya pozğunluğu yaşamağa başlayıb.
Daha sonra kişi psixotik epizodlardan şikayət etməyə başlayıb. Həkimlərlə söhbətində təqaüdçü qonşusu tərəfindən zəhərləndiyini ehtimal edib. O, xəstəxanadan da qaçmağa cəhd edib. Nəticədə həmin şəxs məcburi müalicəyə göndərilib. İki həftə sonra həkimlər amerikalının vəziyyətinin stabilləşdiyini təsdiqləyiblər.