Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operator xidmətlərindən biri bağlanır.
Kriminal.az xəbər verir ki, bu il dekabrın 1-dən etibarən “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.
“Naxtel” MMC məlumat yayaraq bildirib ki, abunəçilər istifadə etdikləri nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün bu il 1 oktyabrdan 1 dekabradək digər mobil operatorlara müraciət etməlidirlər.
Qeyd edilib ki, 01.12.2025-ci il tarixinədək digər mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri ləğv ediləcək.
Belə olan halda nömrədəki mövcud və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan, vəsaitlər silinəcək (sıfırlanacaq).
Billurə