görə isə “Medera” Hospitala qarşı əsassız ittihamlar irəli sürülməyə başlayıb. Guya vəziyyətinin sağalmaz olduğu blinən Ümüd Əhmədov pula görə əməliyyat olunub. Halbuki, Ümüdün anası oğlunun həyatda qalması üçün ən kiçik şansı da dəyərlənmək istəyini razılıq ərizəsində qeyd edib.
Tibb ocağına qarşı daha bir əsassız iddia guya Ümüdün əməliyyatı üçün ailəsindən 180 min manatdan artıq pul alınması haqqındadır. Halbuki rəsmi sənədlərdə 26 noyabr 2022-ci ildən 18 yanvar 2023-cü ilədək olan müddətdə əməliyyat, müayinə, analiz və digər tibbi xidmətlər üçün Əhmədovlar cəmi 39 168 manat ödəyiblər. İndi isə dərdli ailənin vəziyyətindən sui-istifadə edilərək tibb ocağına, həkimlərə qarşı “linç məhkəməsi” həyata keçirilir. Bu isə çox zərərli və təhlükəlidir. Həkimlərin “günah keçisi”nə çevrilməsi çox böyük faciələrə yol aça bilər.
Qeyd etdiyimiz kimi, avtoqəza baş verəndən sonra Ümid Əhmədovu heç bir xəstəxana qəbul etməyib. Həkimlər Xəstənin yaşama şansını 1 % dəyərləndiriblər. Ümüd Əhmədovun anası “Medera” hospitaldan xahiş edib ki, oğlunun nəfəsinin gəlməsi kifayyətdir.
Üstəlik, xəstə “Medera” hospitaldan evə buraxılandan sonra 7 dəfə başqa xəstəxanalarda beynindən əməliyyat olunub.
Hurriyyet.az