kriminal.az
İş adamından Baş Prokurora müraciət -Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

“Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov tərəfindən Sabunçu rayon prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı hüquqlarının pozulması barədə

Sozcu.infonun redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu oxucularımıza təqdim edirik:

 

Hörmətli Baş prokuror,

 

2021-ci ilin mart ayından Sabunçu rayon prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işi, təsisçisi olduğum “Magna Trans” MMC-nin maddi-məsul şəxslərinin bir qrup şəxslərlə sövdələşərək, etibar edilmiş MMC-nin əmlakını sənədləri saxtalaşdırma yolu ilə mənimsəmələri barədə, mənim 30 yanvar 2021-ci il tarixdə DİN-ə etmiş olduğum şikayət ərizəmlə bağlı, əvvəlcə Bakı ŞBPİ-nin Təhqiqat Şöbəsində, sonradan isə Sabunçu RPİ-nin İŞ-də aparılmış araşdırmalar nəticəsində toplanmış materiallara əsasən, 04 noyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə başlanmış, sonradan isə 179.3.2. maddəsinə tövsif edilmiş 210050957 saylı cinayət işi, 29 mart 2021-ci il tarixdə davam etdirilməsi üçün aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna verilmişdir.

 

Qeyd edirəm ki, hələ polisdə araşdırılma dövründə, yəni 2021-ci ilin aprel-may aylarında “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayev öz müavini Ramil Xəlilovla heç nədən çəkinmədən - yenidən sənədləri saxtalaşdırma yolu ilə MMC-nin istifadəsində olan 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutları da, Ramil Xəlilovun eyni zamandadirektor olduğu “Transcontrol” MMC-nin istifadəsinə ötürmüşlər.

 

Beləliklə “Magna Trans” MMC-nin 79 ədəd sərnişindaşıma avtobusları, 4 sayda şəhərdaxili marşrutları və MMC-nin fəaliyyətindən əldə edilmiş külli miqdar məbləğdə pul vəsaiti digər həmtəsisçilər - Bürhan Həmidovla Namiq Hacıyevin başçılıq etdikləri dəstə tərəfindən tamamilə talanıb mənimsənildikdən sonra, yəni 25 may 2021-ci il tarixdə (təhqiatda araşdırılma dövründə), 25 may 2021-ci il tarixdə direktor Mirzahid Ağayev və onun müavini olmaqla bərabər “Transcontrol” MMC-nin də direktoru olan Ramil Xəlilovun saxta məktubları əsasında BNA tərəfindən MMC-nin fəaliyyətinə xitam verilmişdir. “Transkontrol” MMC-nin təsisçisi Rövşən Həmidov “Magna Trans” MMC-nin iştirakçıları Bürhan Həmidovun doğma oğlu, Namiq Hacıyevin doğma bacısı oğludur.

avtobusu sənədləri saxtalaşdırma yolu ilə alqı-satqı edərək əldə edilmiş pul vəsaitini hesabatdan gizlədərək mənimsəmələrinə dair çoxsaylı vəsatətlərim də istintaq tərəfindən araşdırlmadan qalmaqdadır.

 

Bütün bunlardan belə nəticəyə gəlinir ki, ümumiyyətlə bu 55 ədəd avtobusa dair 210050957 saylı cinayət işində heç bir sənəd yoxdur. Ona görə ki, 2021-ci ildən ta indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri Tural Mürsəlovla Fuad Babayev həmin cinayət işi üzrə:

 

- “zəruri istintaq hərəkətlərinin aparılması barədə”sübutlu və əsaslı vəsatətlərimin rədd edilməsi barədə əsassız və qanunsuz olaraq 8 qərar,

 

- “cinayət işi üzrə icraatın dayandırılması” barədə əsassız və qanunsuz 1 qərar,

 

- mənim “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” - əsassız və qanunsuz 4 qərar,

 

-“Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu barəsində “Təqsirləndirilən şəxsin cinayət prossesində iştirakına xitam verilməsi haqqında” - əsassız və qanunsuz 3 qərar,

 

- “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” – əsassız və qanunsuz 2 qərar, həmçinin prokuror İbrahim Lənbəranski tərəfindən əsassız bir apellyasiya protesti vermiş olsalar da, bir çox faktların, o cmlədən göstərdiyim 55ədəd avtobusun aqibəti barədə həmin sənədlərdə heç bir hüquqi qiymət verməmişlər.

 

Elə bu səbəbə də vermiş oluğum şikayətləri birinci və apellyasiya məhkəmələri əsaslı və qanuni hesab edərək müstəntiqlərin qərarlarının ləğv edilməsi və prokurorun apellyasiya protestinin təmin edilməməsi barədə ümumi 12 sayda məhkəmə qərarı vermişlər.

 

Sonuncu dəfə, Sabunçu rayon Məhkəməsinin 04.07.2024-cü il tarixli, 6(008)-62/2024 saylı qərarında göstərilmişdir ki, sitat:

 

“...Məhkəmə cinayət işinin materiallarını öyrənərkən istintaq orqanı tərəfindən aşağıdakı halların araşdırılmalı olduğu halda araşdırılmaması qənaətinə gəlmişdir:

bağlı əlavə araşdırma aparılsın.”

 

Hörmətli Baş prokuror,

 

Əmlakımın talanıb mənimsənilməsi barədə istintaq edilən 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı,2021-ci ildən indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri tərəfindən verilmiş qərarların ləğv edilməsi barədə 12 sayda birinci və apellyasiya məhkəmələrinin qərarları hazırda da icra edilmədən qalmaqdadır.

 

Göstərdiklərimi nəzərə alaraq, məhkəmə qərarlarında göstərilən istintaq hərəkətlərinin, o cümlədən indiyə kimi aqibəti bilinməyən 34 ədəd və sənədləri saxtalaşdırma yolu ilə satılıb dəyərləri mənimsənilmiş 21 ədəd “Magna Trans” MMC-nin avtobuslarına dair məhkəmə qərarlarında qoyulmuş tələblərin təmin edilməsini Sizdən xahiş edirəm.

 

Hörmətlə,

 

Ağasəf İsmayılov

 

210050957 saylı cinayət işi üzrə

 

zərərçəkmiş şəxs                

Top
0.073060989379883