kriminal.az
Azərbaycan Premyer Liqası: “Qarabağ”dan darmadağın, “Sumqayıt”dan isə növbəti qələbə - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

“Günün ikinci görüşündə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.

“Kapital Bank Arena"dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 15-ci dəqiqədə Rövlan Muradov, 69-cu dəqiqədə Roi Kehat vurub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “Sumqayıt” beşinci pilləyə yüksəlib. Naxçıvan təmsilçisi 20 xalla 4-cüdür.

Qeyd edək ki, günün ilk matçında “Qarabağ” "Kəpəz”i 7:1 hesabı ilə məğlub edib. “Qəbələ” - “Neftçi” və “Sabah” - “Zirə” oyunları noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə üstələyib.

18:06

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Qarabağ” “Kəpəz”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar”ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Kəpəz” altı xalla sonuncudur.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Qəbələ” - “Neftçi” və “Sabah” - “Zirə” oyunları isə noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə üstələyib.

17:25

Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk het-trik qeydə alınıb.

“Report”un məlumatına görə, buna “Qarabağ”ın futbolçusu Yassin Benzia imza atıb.

29 yaşlı fransalı yarımmüdafiəçi “Kəpəz”lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən XII turun oyununun ilk hissəsində 3 qol vurub.

Ağdam təmsilçisi ilk hissədə Gəncə klubunu 5:1 hesabı ilə üstələyib. Hazırda davam edən qarşılaşmada hesab 7:1-dir.

Top
0.094191789627075