kriminal.az
Aİ müdafiə nazirləri Ukraynaya dəstəyi müzakirə edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının müdafiə nazirləri Aİ-nin Ukraynaya dəstəyini müzakirə edəcəklər.

APA xəbər verir ki, Ukraynaya hərbi dəstək məsələsi Aİ-nin Xarici İşlər Şurasının noyabrın 14-də keçirilən iclasında müzakirə olunacaq.

Şurada, həmçinin Sürətli Yerləşdirmə Potensialı (“Rapid Deployment Capacity”) mexanizmi və Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) ilə bağlı fikir mübadiləsi aparılacaq.

Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl isə NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa Müdafiə Agentliyinin Rəhbər Şurası ilə qeyri-rəsmi səhər yeməyi olacaq.

Top
0.078280925750732