kriminal.az
Məşhur türkiyəli aktyor koronavirusa yoluxdu: Tamaşası təxirə salındı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktyor Haluk Bilginer koronavirusa yoluxub.

Aktyorun səhhətinin yaxşı olduğu, xəstəliyi istirahət və dərmanlar vasitəsilə yenməyə çalışdığı bildirilir.

Haluk Bilginerin 19 ildən sonra türkiyəli məşhur aktrisa Zuhal Olcayla yenidən bir araya gəldiyi “Kel Diva” tamaşasının nümayişi də xəstəlik səbəbindən təxirə salınıb.

Qeyd edək ki, tamaşanın nümayişi daha əvvəl Haluk Bilginerin Ancelina Coli ilə birlikdə rol aldığı “Mariya” filminin Avropada çəkilişləri ilə əlaqədar təxirə salınmışdı.

Yunan əsilli amerikalı soprano sənətçisi Mariya Kallasın həyatından bəhs edən “Mariya” filmində Ancelina Coli Kallası, Haluk Bilginer isə yunan əsilli armator Aristotel Onassisi canlandıracaq. Ssenarisini Stiven Naytın yazdığı “Mariya” filmi Mariya Kallasın 1970-ci illərdə Parisdəki həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edir.

Mənbə: NTV.com.tr

Top
0.062344074249268