kriminal.az
UEFA Çempionlar Liqası: İlk finalçının adına aydınlıq gətiriləcək

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu keçiriləcək. İlk oyun günündə PSJ Dortmund “Borussiya”sını qəbul edəcək.

Kriminal.Az xəbər verir ki, səfərdə 0:1 hesabı ilə məğlub olan PSJ bu dəfə doğma meydan və azarkeş amilindən yararlanmağa çalışacaq. Dortmund “Borussiya”sı da Fransaya turist qismində yollanmayıb. Komandaların heyətində itkilər var. Meydan sahiblərindən Kimpembe, Kurzava, Serxio Riko və Hernandez zədə səbəbindən görüşü buraxmalı olacaq. Qonaqlarda isə Bensebani və Duranvilli komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki,  Bakı vaxtı ilə 23:00-da keçiriləcək görüşü italiyalı hakimlər briqadasından Daniel Orsato idarə edəcək.

07 may

Saat: 23:00

UEFA Çempionlar Liqası yarımfinal mərhələsi

PSJ (Fransa) – “Borussiya Dortmund” (Almaniya)

Stadion: “Parc des Princes” (Paris)

Baş hakim: Daniel Orsato (İtaliya)

Top
0.043771028518677