kriminal.az
Mersində türk runlarını özündə əks etdirən baş daşları aşkar olunub - FOTO

Türkiyənin Mersin bölgəsinin Tarsus rayonunda qədim məzarlıq və bu qəbiristanlıqda aşkar edilən qəbirdaşları mütəxəssislərin diqqətini çəkib.

Türkiyəli tarixçi Safi Karataylı sözügedən ərazini açıq səma altında muzey adlandırıb:

“Təəssüf ki, naxışlarla işlənilmiş, üzərində runların, qədim simvolların həkk olunduğu daşlar hələ də qeydiyyata alınmayıb və mühafizə edilmir”.

Tarixçi əlavə edib ki, bu qəbirdaşlarında türk qəbilələrindən günümüzə qədər gəlib çatmış bəzi simvollar, mühüm məlumatlar var.

Mənbə: Haber Global

Top
0.24447798728943