kriminal.az
Türkiyədə növbəti sosial media fenomeni həbs olundu: Terror təşkilatına üzv olduğu üçün axtarışda olub - FOTO

Türkiyədə çirkli pulların yuyulması və digər ittihamlar üzrə həbs cəzası verilən Dilan və Engin Polat cütlüyündən sonra növbəti sosial media fenomeni həbs olunub.

Terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə həbs cəzasına məhkum edilən Reşit Bozdağ adlı fenomen Sarıyerdəki evindən çıxdığı zaman saxlanılıb.

Ərazidə patrul xidməti aparan polis qrupları tərəfindən sorğulanan Bozdağ barədə terror təşkilatının təbliğatını aparmaq ittihamı üzrə həbs qərarı olduğu məlum olub. Onun PKK/KCK silahlı terror təşkilatına üzv olduğu üçün axtarışda olduğu müəyyən edilib.

Hadisə ilə bağlı İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinə məlumat verildikdən sonra şübhəli polis bölməsinə aparılıb.

Nəzarətə götürülən fenomen polis bölməsindəki əməliyyatlardan həbs edilib.

Reşit Bozdağ qatıldığı “Kısmetse olur” adlı evlilik proqramının iştirakçılarından Melis Buse Betkayanla münasibəti ilə gündəmə gəlib. Sosial mediada paylaşdığı dəstə-dəstə pullarla diqqət cəlb edən Bozdağ sevgilisi Melisle Kiprə tətilə getməyi planlayırmış.

Mənbə: Haber Global

Top
0.091252088546753