kriminal.az

"Dodge" şirkəti 2022-ci ildə buraxılmış nisbətən yığcam "Hornet" krossoverinin "vəhşi" modifikasiyasını təqdim edib.

Kriminal.Az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

Avtomobil 1085 at gücü hasil edən dörd mühərrikli elektrik qurğusu ilə təchiz edilib.

R/T FC1-X təyinatlı ekstremal "Hornet Nitrocross" yarış seriyası üçün nəzərdə tutulub. O ilk növbədə kütləvi aerodinamik elementlərlə - məsələn, çox böyük diffuzor, nəhəng qanad və müxtəlif hava kanalları ilə seçilir. Superkarın cəmi iki qapısı var.

Yeni avtomobil 96 km/saat sürəti cəmi 1,4 saniyəyə yığa bilir.

"Dodge" bu superkarlardan dördünü "Nitrocross" üçün hazırlayacaq. Layihənin əsas məqsədi modeli gənc tamaşaçılar arasında təbliğ etməkdir, çünki yarış təşkilatçılarının sözlərinə görə, tamaşaçıların təxminən dörddə üçü 18-34 yaş arasındadır.

Top
0.093379020690918