kriminal.az
İngiltərə Premyer Liqası:

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Mançester Yunayted" doğma meydanda "Liverpul"u qəbul edib.

Kriminal.Az xəbər verir ki, hakim Entoni Teylorun idarə etdiyi matç "Old Trafford"da baş tutub.

Qarşılıqlı hücumlar şəraitində başlanan matçda "qırmızılar"ın cinah müdafiəçisi Trent Aleksander-Arnold hesabı açsa da, ona ötürmə edən Məhəmməd Salahın ofsayd mövqeyində olması qolun ləğv olunmasına səbəb olub.

Bununla belə, 35-ci dəqiqədə "Liverpul"un hücumçusu Luis Dias qapıçı Onananı məyus edib. Cəmi yeddi dəqiqə sonra "qırmızılar" fərqi artırıblar: kolumbiyalı Dias dubla imza atıb. 56-cı dəqiqədə isə misirli Məhəmməd Salah hesabı darmadağın həddinə çatdıraraq oyunda son nöqtəni qoyub - 0:3.

Top
0.10456800460815