kriminal.az
Kirpi hava limanının işini dayandırdı

Almaniyanın Arnştadt (Türinqiya vilayəti) şəhərindəki kiçik aerodromun işi yarım saatlıq dayandırılıb.

Kriminal.Az Bild-ə istinadən xəbər verir ki, buna uçuş-enmə zolağında peyda olan kirpi səbəb olub.

Məlumata görə, kirpi uçuş-enmə zolağında yemək axtarırdı.

Yalnız yarım saatdan sonra pilotlar və dispetçer heyvanı uçuş-enmə zolağından çıxara biliblər. Kirpi yavaş-yavaş və son dərəcə istəksiz halda təyyarələrin yolundan çəkilib.

Top
0.13851499557495