kriminal.az
Azərbaycan nefti bir dollar bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Kriminal.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti bir ABŞ dolları və ya 1,2% artaraq 85,66 dollara yüksəlib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.

Top
0.069714069366455