“Çelsi” və “Arsenal”ın keçmiş qapıçısı Petr Çex Britaniya Elit Xokkey Liqasında (EIHL) debüt edib.
Keçmiş futbolçu Şimali İrlandiyanın “Belfast Giants” klubunun heyətində “Qlazqo Klan”la görüşün sonunda buz meydançasına çıxıb. Həmin vaxt onun komandası 5:1 hesabı ilə öndə olub.
Çex qapısını toxunulmaz saxlayıb və Belfastın matçda qələbə qazanmasına kömək edib.
Qeyd edək ki, 41 yaşlı Çex 2019-cu ildə futbolçu karyerasını başa vurub, sonra isə xokkeyə keçib. O, “zadəganlar”ın heyətində dörd dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasını qazanıb. 2004-cü ildə futbolçu Çexiya millisinin heyətində Avropa çempionatının bürünc mükafatçısı olub.
Mənbə: lenta.ru