kriminal.az
Bakıda mədəniyyət və yaradıcı sənayelər sərgisi açılıb - FOTO

Bakıda “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) açılıb.

“Report” xəbər verir ki, forum müddətində nümayiş olunacaq sərgi Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil olunub.

Sərgi kino, animasiya, musiqi, “cultech” (mədəniyyət sahəsində startaplar), “gametech” (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

Top
0.065960884094238