kriminal.az
İsveçrə Rusiyanın milyardlarla dollarlıq aktivlərini dondurub

İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard dollar) dəyərində aktivlərini dondurub.

Bu barədə Avropa ölkəsinin İqtisadiyyat üzrə Dövlət Katibliyi məlumat yayıb.

Məlumata görə, 2022-ci illə müqayisədə rəqəmlər bir qədər artıb. Belə ki, 2022-ci ilin dekabrında İsveçrə hakimiyyəti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra ölkədə Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,4 milyard dollar) məbləğində aktivlərinin dondurulduğunu bildirib.

Qeyd edək ki, Aİ-nin üzvü olmayan İsveçrə əvvəllər neytral statusa malik olmasına baxmayaraq, Ukraynadakı müharibə ilə əlaqədar Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib. Öz növbəsində, 2022-ci ilin martında Rusiya hökuməti İsveçrəni qeyri-dost dövlətlərin və ərazilərin siyahısına daxil edib.

Mənbə: TASS

Top
0.088566064834595