kriminal.az
ABŞ bazalarına hücum edən iraqlı üsyançılar Baydenə sürprizlər vəd ediblər

“ABŞ prezidenti Co Bayden və ABŞ ordusunu sürprizlər gözləyir”.

Bu bəyanatla İraqda İranın dəstəklədiyi “Hərakət Ən-Nücəbə” hərəkatının rəhbəri Əli əl-Əsədi çıxış edib.

“Bizim Baydenə mesajımız qüvvələrinizi bölgədən çıxarmaqdır”, - deyə əl-Əsədi bildirib.

O, həmçinin “Müqavimət Oxu” ittifaqının səyləri sayəsində ABŞ əsgərlərinin qalıqlarının ailələrinə parça-parça çatacağını əlavə edib.

İraq üsyançılarının liderinin fikrincə, ABŞ həmişəkindən daha zəifdir.

“ABŞ-nin gözləmədiyi sürprizlər olacaq”, - deyə o bildirib.

Mənbə: lenta.ru

Top
0.11412310600281