kriminal.az
Məşq üçün dəniz sahilinə enən rusiyalı arxasınca düşəni görüb daha bərk qaçmağa başladı - VİDEO

Rusiyada idman məqsədiylə sahil boyu qaçan şəxsin dalınca ayı düşüb.

Hadisə şahidlərindən biri bunu telefonun kamerası ilə qeydə alıb.

Hadisə Yujno-Kurilsk şəhərində qeydə alınıb.

Kadrlarda sakinin məşqi bitirmək üzrə olduğu vaxt hardansa ayı peyda olub və idmançının arxasına qaçmağa başlayıb.

Video müəllifləri faciə baş verəcəyini düşünərək narahat olsalar da, hər şey yaxşı qurtarır. Ayı istiqamətini dəyişir.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

Top
0.11191201210022