kriminal.az
İstanbulda 1 May nümayişinə çıxan insanlarla toqquşmalar başladı: Saxlanılanlar var - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində 1 May Əmək və Həmrəylik Günü ilə bağlı məhdudiyyət tədbirləri çərçivəsində Taksimə giriş qadağan edilib.

İstanbul valiliyi ictimai nəqliyyata məhdudiyyətlər qoyub, polis Taksimə gedən bütün yolları baryerlərlə bağlayıb. Bu əməliyyatlara 42 min polis cəlb edilib.

Lakin qadağaya baxmayaraq, müxtəlif həmkarlar ittifaqlarının üzvləri Saraçhanedə toplaşaraq şüarlar səsləndiriblər. Polis əməkdaşlarının izdihamlı qrupa xəbərdarlıq etmələrinə baxmayaraq, insanlar buna məhəl qoymayaraq, əllərindəki bayraq çubuqları ilə baryerlərdən keçməyə çalışıblar. Bu zaman polis qrupları xəbərdarlıqlara məhəl qoymayanlara bibər qazı ilə müdaxilə edib və izdihamı geri itələyib.

İstiqlal prospektinin ara küçələrindən Taksim meydanına getmək istəyən və əllərində pankart tutan 15 nəfərlik qrup saxlanılıb. Həmçinin Şişli və Okmeydanında da şüarlar səsləndirərək Taksimə getməyə çalışan çox sayda insan nəzarət altına alınıb.

Saraçhanedə gərginlik davam edir.

Mənbə: Haberler.com

Top
0.097023010253906