kriminal.az
Həkimlər gülləkeçirməz jiletdə əməliyyat keçirdilər: Rusiyadan unikal görüntülər - VİDEO

Rusiyada həkimlər inanılmaz uğura imza atıblar. Belə ki, onlar qumbaraatanın partlayıcısı onurğasında ilişib qalan hərbçini əməliyyat edərək əsgərə ikinci həyat veriblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, mərminin partlayıcı elementi əsgərin onurğa sütununa təhlükəli dərəcədə yaxın olub və istənilən saniyə partlaya bilərdi. Bu səbəbdən həkimlər bütün peşəkarlıqlarını işə salıblar.

Əməliyyat zamanı tibb işçiləri zirehli jiletdə olublar.

Əməliyyat uğurla başa çatıb, hərbçinin vəziyyətinin stabil olduğu vurğulanıb.

Mənbə: RİA Novosti

Top
0.07296895980835