kriminal.az
2024-cü ilin ilk “ulduz yağışı”nın tarixi açıqlandı

Yanvarın 3-nə keçən gecə 2024-cü ilin ilk meteor yağışı gözlənilir. Həmin gün “kvadrantidlər” kimi tanınan meteor seli müşahidə olunacaq.

Bu barədə Moskva Planetariumunun (Rusiya) Mətbuat Xidməti məlumat yayıb.

Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar.

Beynəlxalq Meteor Təşkilatının proqnozlarına əsasən, aktivliyin pik olduğu gecə saatda 120-yə qədər meteor müşahidə oluna bilər ki, bu da açıq səmada dəqiqədə təxminən bir-iki meteor təşkil edir.

“Ulduz yağışı”nı müşahidə etmək üçün ən uyğun vaxt gecənin ikinci yarısı hesab olunur.

Mənbə: TASS

Top
0.15927195549011