kriminal.az
Xabi Alonso “Bavariya”nın baş məşqçisi ola bilər

“Bayer Leverkuzen”ə başçılıq edən ispan mütəxəssis Xabi Alonso “Bavariya”nı çalışdıra bilər.

Məlumata görə, Münhen klubu Alonsonun “Bayer”lə 2026-cı ilə qədər qüvvədə olan müqaviləsini almaq üçün danışıqlar aparır.

Eyni zamanda, “Real Madrid” hələ də Alonsonu hazırkı baş məşqçisi Karl Ançelottinin əvəzləyicisi kimi görür.

Hazırda Almaniya Bundesliqasında keçirdiyi 16 oyundan sonra “Bayer” 42 xalla çempionatın lideridir. Xabi Alonsonun komandası cari mövsümdə məğlub olmayıb. Klub 13 qələbə qazanıb və üç dəfə bərabərə qalıb.

Leverkuzenlilərin ən yaxın izləyiciləri “Bavariya” 38 xal toplayıb.

Mənbə: championat.com​

Top
0.091421127319336