kriminal.az
“Kəpəz”in “Araz-Naxçıvan”la oyunu ləğv olundu

“Kəpəz”in Azərbaycan çempionatının ikinci hissəsinə hazırlıq çərçivəsində “Araz-Naxçıvan” ilə keçirəcəyi yoxlama oyunu ləğv edilib.

Klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq. Bu barədə “Kəpəz”in Mətbuat Xidməti məlumat yayıb.

Yoxlama görüşü üçün rəqib axtarışına çıxan Gəncə təmsilçisi I divizionda çıxış edən “İmişli” ilə anlaşıb. Bu rəqiblə oyun yanvarın 15-də Gəncədə keçiriləcək.

Top
0.22756505012512