kriminal.az
İmişlidə ağacları kəsən şəxs məsuliyyətə cəlb olunub

İmişli rayonunun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.

Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Top
0.080950021743774