kriminal.az
ABŞ-də təhlükəli vəziyyət: Yarım gün ərzində təcili yardıma 51 müraciət edildi

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası “epidemiyası” yayılıb.

Bu barədə Təcili yardım xidmətindən bildirilib.

Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər.

Təcili yardım bölməsi yarım gün ərzində artıq doza ilə bağlı 51 çağırış qəbul etdiklərini bildiriblər (Halbuki adətən gün ərzində iki, uzağı üç zəng olur).

Bildirilir ki, zərərçəkənlərdən dördünün həyatını xilas etmək mümkün olmayıb.

“Artıq doza epidemiyası” qurbanlarının yaşı 20-50 arası göstərilir.

Həkimlər xəstələrin bir neçə müxtəlif növ narkotikdən istifadə etdiyini bildiriblər, lakin preparatların adları və başqa təfərrüat açıqlanmayıb.

Səlahiyyətlilər artıq araşdırmalara başlayıblar.

Top
0.081151008605957