kriminal.az
Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub

Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 9-da saat 21:30-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əli Həmid oğlu Heybətov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Top
0.10622406005859