Ermənistanın Tavuş rayonunun Kirants (Günən - red.) kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb.
Məlumata görə, Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib.
Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsda delimitasiyaya olunan 11 nöqtənin mövcudluğunu bildirmişdi.
Mənbə: Sputnik Ermənistan