kriminal.az
Rusiyada “Crocus” işi ilə bağlı iki nəfər saxlanılıb

Yanğın təhlükəsizliyinə məsul şəxs və “Crocus City Hall”un yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndis saxlanılıblar.

Məlumata görə, müstəntiqlər terror aktı zamanı yanğınsöndürmə sisteminin düzgün işləməməsini və yanğının söndürülməsinin niyə bu qədər uzun çəkdiyini araşdırmaqda davam edirlər. Onlar “Crocus”a verilmiş yanğın lisenziyasında uyğunsuzluqlar aşkar ediblər. Belə ki, indiki lisenziya yalnız “Crocus City Mall”a aiddir.

Çoxmərtəbəli konsert zalının tikintisi başa çatdıqdan sonra binanın tutumu bir neçə dəfə artırılıb. Buna baxmayaraq, mühəndis və məsul şəxs müəyyən məhdudiyyətlərlə sərbəst buraxılıblar.

Qeyd edək ki, ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb. Son məlumatlara görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.

Mənbə: Baza

Top
0.18657898902893