İtaliya polisi Romanın Fyumiçino hava limanında İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının fəal üzvü olan Tacikistan vətəndaşını saxlayıb.
Məlumata görə, 32 yaşlı Tacikistan vətəndaşının 2014-cü ildə İŞİD-ə qoşularaq Suriyaya döyüşməyə getdiyi üçün beynəlxalq həbs qərarı verilib.
Vurğulanır ki, həmin şəxs İŞİD terror təşkilatının fəal üzvü kimi tanınıb.
Mənbə: iz.ru