Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə Rusiya təhlükəsizlik qüvvələri ilə bir qrup yaraqlı arasında döyüş gedir. Bununla əlaqədar Nalçikdə və Çerekski rayonunda səhər saatlarında antiterror əməliyyatı rejimi tətbiq edilib.
Bu barədə Rusiya Milli Antiterror Komitəsi xəbər yayıb.
Məlumata görə, Nalçikdə quldur dəstəsi ilə toqquşma səhər saat 5 radələrində baş verib - Rusiya Qvardiyasının zirehli maşını atəşə tutulub.
İlkin ehtimallara görə, quldur dəstəsinə 12-yə qədər yaraqlı daxildir. Onlar silahı yerə qoyub hakimiyyətə təslim olmaq təklifinə cavab olaraq asayiş keşikçilərinə atəş açıblar.
Təhlükəsizlik qüvvələri əməliyyatın görüntülərini paylaşıblar.
Mənbə: RT