“Rusiya bütün NATO ölkələrindən üç dəfə çox sursat istehsal edir”.
Bu qiymətləndirməni NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin baş komandanı, ABŞ-li general Kristofer Kavoli verib.
“Rusiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatı ölkələri üzərində üçə bir üstünlüyü var”, - Kavoli bildirib.
General həmçinin qeyd edib ki, Vaşinqton Ukraynaya daha çox ATACMS taktiki ballistik raket variantları təqdim etməlidir.
Mənbə: TASS