kriminal.az
Qızılın qiymətində yeni rekord

Birjada qızılın qiyməti aprelin 12-də ilk dəfə bir unsiya üçün 2400 dolları ötərək yeni tarixi maksimuma çatıb.

Bakı vaxtı ilə saat 10:47-də “Comex” birjasında iyun ayı qızıl füçerslərinin kotirovkaları 1,63% artaraq bir unsiya üçün 2 411,3 dollar olub. 2024-cü ilin əvvəlindən metal dünya bazarında təxminən 5% bahalaşıb.

Üstəlik, əvvəlki maksimum cəmi bir neçə gün əvvəl, aprelin 8-də qeydə alınıb. Həmin vaxt qızılın qiyməti ilk dəfə bir unsiya üçün 2360 dolları keçmişdi.

Analitiklər əmindirlər ki, ABŞ Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini ilk dəfə endirməsi qiymətli metalın dəyərini daha da yüksəldəcək. Onlar izah ediblər ki, Amerika Mərkəzi Bankının pul siyasətini yumşaltması birjada satılan investisiya fondları tərəfindən qızıl alışının yeni dalğasına səbəb olub.

Mənbə: Gazeta.ru

Top
0.084676027297974