kriminal.az
Argentina məhkəməsi İranı insanlığa qarşı cinayətdə ittiham etdi - FOTO

Argentina məhkəməsi 1992-ci ildə İsrailin Buenos-Ayresdəki səfirliyi və 1994-cü ildə “Amia” Argentina Yəhudi Mərkəzinin partladılmasına görə İranın məsuliyyət daşıdığına dair hökm çıxarıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, məhkəmə bildirib ki, mövcud sənədlər İran hökumətinin Livan “Hizbullah”ı ilə birlikdə “Amia” yəhudi mərkəzini bombalamaqla Argentina tarixində ən qanlı terror hadisəsini törətdiyini sübut edir.

“İran hökuməti terrorçu dövlətdir və insanlığa qarşı cinayət törədib”, - deyə Argentina məhkəməsinin mətbuata verdiyi açıqlamada bildirilib.  

Top
0.15098881721497