kriminal.az
Qazaxıstanda daşqınlar nəticəsində beş minə yaxın yaşayış evi su altında qalıb

Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox fərdi yaşayış evi su altında qalıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksəkrütbəli zabiti Erasıl Saipaş brifinqdə bildirib.

“Hazırda səkkiz rayonda 4 870 fərdi yaşayış evi, 1 264 həyətyanı sahə və 2 035 bağ evi su altında qalıb.

Daşqın dövrü başlayandan xilasedicilər tərəfindən 107 119 nəfər, o cümlədən 38 457 uşaq təxliyə edilib. Hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 7 414 nəfər var. 11 674 nəfər isə evlərinə qayıdıb.

Qeyd edək ki, mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda yerli fövqəladə vəziyyət elan edilib. Xilasetmə əməliyyatlarında 35 mindən çox insan, dörd mindən çox texnika və 14 təyyarə iştirak edir.

Mənbə: TASS

Top
0.14651107788086