Hazırda 40-dan çox dövlət BRİKS-ə qoşulmaq üçün müraciət edib.
Bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
Senatorun sözlərinə görə, hər ay BRİKS-ə qoşulmaq arzusunu bəyan edən dövlətlərin sayı artır. Lakin təşkilat üçün ciddi nizamnamə yaratmağa tələsməyə ehtiyac yoxdur.
Karasin BRİKS ölkələri arasında ödənişlərdə de-dollarizasiyanı “qaynar məsələ” adlandırıb və bu mövzunun Sankt-Peterburqda BRİKS ölkələrinin parlament forumunda müzakirə olunacağına əminliyini bildirib.
Qeyd edək ki, Hazırda BRIKS assosiasiyasına doqquz dövlət daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya.
Mənbə: gazeta.ru