Türkiyənin Manisa və İzmir vilayətləri arasında yerləşən və endemik bitki növlərinin müxtəlifliyi ilə dünyanın ən əhəmiyyətli mərkəzlərindən biri olan Spil Dağı Milli Parkında Manisa laləsi (Tulipa orphanidea) adlı bitki çiçək açıb.
Havalar isinəndə və ildə bir dəfə çiçək açan bu lalələrin qoparılmasına görə yüksək məbləğdə cəza təyin edilib.
Belə ki, Spil Dağı Milli Parkında mühafizə altında olan Manisa laləsinin qoparılmasına görə cəza keçən il 244 min 315 lirə (13 min manata yaxın) olduğu halda, bu il 387 min 142 lirə olaraq (20 min manatdan çox) müəyyən edilib.
Mənbə: İHA