kriminal.az
KİV: İsrail İranı vura bilər

İsrailin hərbi cavabı öz imkanlarını nümayiş etdirmək üçün İranın dərinliklərindəki hədəflərə zərbələr endirmək ola bilər.

Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı adı açıqlanmayan ABŞ-li məmura istinadən məlumat yayıb.

Məlumata görə, İranın hücumuna İsrailin potensial cavabı gərginliyi artırmaq yox, daha çox hərbi imkanlarını nümayiş etdirmək məqsədi daşıya bilər. “İsrail bizə mümkün zərbənin konkret tarixi barədə məlumat verməyib. Biz daha da gərginliyin qarşısını almaq üçün səylərimizi davam etdiririk”, - deyə rəsmi şəxs qərarın İsrailə aid olduğunu bildirib.

Mənbə: TASS

Top
0.096333980560303