İranın Şiraz şəhəri ətrafındakı bağların birində şənlik keçirən 29 həkim saxta spirtli içki qəbul etdiyi üçün zəhərlənib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Bildirilib ki, bir qadın həkim ölüb, başqa bir həkim isə komadadır.
Qeyd olunub ki, saxta spirtli içkilərin satıcısı kütləvi zəhərlənmə hadisəsindən sonra həbs edilib.