Kolumbiyada helikopter qəzası nəticəsində ölkənin ən böyük narkotik karteli olan “Körfəz Klanı”na (“Gulf Clan”) qarşı əməliyyat çərçivəsində səfərbər olunan doqquz əsgər həlak olub.
Bu barədə ölkə Prezidenti Petro Qustavo özünün “X” sosial şəbəkəsində məlumat verib.
“Cənubi Bolivara qoşun aparan və “Körfəz Klanı”na qarşı əməliyyatlar zamanı eniş edən helikopterin doqquz ekipaj üzvünün həlak olması ilə əlaqədar başsağlığı verirəm”, - deyə dövlət başçısı yazıb.
Kolumbiya Milli Ordusu “Mi-17” helikopterinin ekipajı və sərnişinlərinin həlak olmasına aydınlıq gətirib və ölənlərin siyahısını dərc edib. Qəza Arenal şəhərində baş verib. Helikopter dispetçerlərlə əlaqəni kəsib və fermerlər tərəfindən aşkar edilib.
Qeyd edək ki, “Körfəz Klanı” narkotik ticarəti, xüsusilə kokain, qeyri-qanuni mədənçiliklə məşğul olan və həmçinin ölkə daxilində silahlı hücumlar təşkil edən cinayətkar qrupdur.
Mənbə: rbc