Cənubi Azərbaycan əyalətinin Urmiya şəhərində zorakılığa məruz qalan qadın və qızlar üçün “Mehr Şəmsafərid” sığınacağı və müdafiə mərkəzi bağlanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
“Mehr Şəmsafərid” qeyri-hökumət sığınacağı, zorakılığa məruz qalan qadınlar üçün kiçik bir mərkəz və bizim canımızdan daha dəyərli olan sığınacaq bağlandı”, - deyə mərkəzin rəhbəri və qadın hüquqları müdafiəçisi Fatimə Babaxani bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik qurumları bir neçə il öncə mərkəzin bağlanacağı ilə bağlı ona xəbərdarlıq edib, habelə ona təzyiq göstəriblər.