kriminal.az
Sumqayıtda zavodda yanğının söndürülməsi zamanı FHN əməkdaşı xəsarət alıb

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən Sumqayıt Aşqarlar Zavodunun ərazisində baş verən yanğında Fövqəladə Hallar Nazirliyinin (FHN) bir əməkdaşı xəsarət alıb.

“Report”un yerli bürosu xəbər verir ki, zavodda istifadə olunmuş yağların toplandığı quyu yanıb.

Yanğının söndürülməsi zamanı FHN-in Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Ramil Fikrət oğlu Məmmədli sağ çiyinin əziyi xəsarəti alıb.

Top
0.11569786071777