Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb.
Kriminal.az xəbər verir ki, yığma yarımfinalda İspaniya seçməsi ilə üz-üzə gəlib.
Komanda rəqibini 12:17 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.(report)