kriminal.az
İran hökuməti yeddi məhbusu edam edib - FOTO

Ərdəbil, Bircənd və Məşhədin Vəkilabad həbsxanalarında biri qadın olmaqla yeddi məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı İnsan Haqları Təşkilatına istinadən xəbər verib.

Məlumata görə, edam edilən məhbuslardan dördü narkotik maddələrin qanunsuz dövriyyəsində, üçü isə qəsdən adam öldürməkdə ittiham edilib.

Qeyd olunub ki, 2023-cü ildə İran həbsxanalarında 834 məhbusun edam hökmü həyata keçirilib və bu göstərici 2022-ci illə müqayisədə 43% çoxdur.

Top
0.09632682800293