kriminal.az
Bakıda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Sabunçu rayonunda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report” xəbər verir ki, 1959-cu il təvəllüdlü Məhəbbət Qurban oğlu Şıxıyev yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Top
0.075325965881348