ABŞ Konqresinin Nümayəndələr Palatası antisemitizmlə mübarizəyə dair qanun layihəsi çərçivəsində Fələstinə dəstək nümayişlərinə qarşı yönəlmiş məhdudiyyətlər qəbul edib.
Qanun layihəsindəki qadağalar içində antisemit mitinqlərin keçirildiyi universitetlərə dövlət maliyyələşməsinin dayandırılması nəzərdə tutulub.
Qanunverici orqanın aşağı palatasının rəsmi saytında qeyd olunur ki, təşəbbüsü 320 konqresmen dəstəkləyib, 91 nəfər isə əleyhinə çıxıb.
Qeyd olunub ki, bu yolla ABŞ hökuməti ölkənin bir çox məktəb və ali təhsil müəssisələrinə Fələstinə dəstək verən etirazları məhdudlaşdırmağa hazırlaşır.
Mənbə: TASS