kriminal.az
Rusiyada erməni biznesmenin özbaşınalığı: Sənədsiz maşın sürdü, hotel mühafizəçisini güllələdi - FOTO

Rusiyanın paytaxtında polis sərxoş halda avtomobildən atəş açan erməni biznesmeni saxlayıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbədən xəbər verilib.

Bildirilir ki, hadisə nəticəsində “Ukraina” hotelinin mühafizəçisi güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə aprelin 28-nə keçən gecə baş verib.

İlkin məlumata görə, “Mercedes-Benz Gelandewagen” markalı avtomobilin sürücüsü maşını ilə mühafizəçiyə yaxınlaşıb, ona tapança ilə atəş açıb və qaçıb. Bütün bunlar hotelin yaxınlığında naməlum şəxslərlə atışmadan sonra baş verib.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Məlum olub ki, bu Armenak adlı erməni biznesmendir. Baxış zamanı onun sərxoş olduğu görünüb, üzərindən isə silah və üç bağlama narkotik maddə tapılıb və müsadirə olunub.

Bundan başqa, həmin şəxsin sürücülük hüququndan məhrum olunduğu da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə: TASS

Top
0.13980793952942