Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Yeni yaşayış massivi adlanan ərazidə mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Kriminal.Az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli tikinti materialları mağazasının ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikinti materialları mağazasının ərazisində sahəsi 100 kvadratmetr olan anbarın yanar konstruksiyaları və içərisində olan tikinti malları 100 kvadratmetr sahədə yanıb.
Mağaza, mağazanın qarşısına yığılmış tikinti malları və bitişik tikilmiş ümumi sahəsi 100 kvadratmetr olan avtomobil ehtiyat hissələrinin satışı mağazası yanğından mühafizə olunub.